hemle

KÖNÜLLÜ HƏRBİ XİDMƏT ÜÇÜN 4 MİN VƏTƏNDAŞ RƏSMİ QEYDİYYATA ALINIB – GENERAL

Tarix:16-07-2020, 21:09
Baxış Sayı:655

Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.

Bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, əgər hər hansısa səfərbərlik olarsa, hərbi hissələrdən əlavə kadr istənilərsə, xidmət hərbi hissələri həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharibə dövründə zərurət yaranarsa, qurum hazırladığı kadrları xidmətə göndərə bilər: “Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilərlər. Bəzi şəxslər hərbi xidmətə getmək istədiklərini deyirlər. Bildririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.

Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.

Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildirir ki, bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz könüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal qaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər var və onlar da qeydiyyata alınır”.

Rəhimov bildirib ki, xidmətə müraciət edənlərin hamısı qeydiyyatdadır: “bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur. Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götürülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfeksiya edilir. Əgər hansısa çağırışçıda xəstəlik aşkarlanarsa, dərhal nəzarətə götürülür”.
ATESH,AZ

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ