hemle

ƏSGƏR GETMİŞ ŞƏXSƏ “PAVESKA” GƏLDİ: GETMƏSƏ, CƏRİMƏLƏNƏCƏK – FOTO

Tarix:26-06-2020, 21:41
Baxış Sayı:592

“Oğlum 9 il əvvəl tam hərbi xidmətə çağırılıb və Beyləqan rayonundakı hərbi hissələrdən birində 1 il 6 ay xidmət edərək ordu sıralarından tərxis edilib. Ancaq yenidən ordu sıralarına çağrılması ilə bağlı məktub almışıq”.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Cəlilabad rayon Adnalı kənd sakini Adışirin Əmirov deyib. O bildirib ki, 1992-ci il təvəllüdlü oğlu Emil Əmirlinin adına bundan öncə də 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən ilkin tibbi müayinədən keçməsi tələbi ilə məktub təqdim olunub:

“Həmin vaxt oğlumla birlikdə sözügedən quruma müraciət edərək hərbi bileti təqdim etdik. Bizdən üzr istəyərək yanlışlıq olduğunu bildirdilər. Ancaq bir neçə gün bundan əvvəl analoji hadisə yenidən təkrarlandı. Bu dəfə xəbərdarlıq məktubunda əks halda 50 manat cərimələnəcəyi bildirilib. Artıq bu məsələnin birdəfəlik həllini tapmasını istəyirik”.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?