hemle

TƏLƏBƏ ÇAĞIRIŞÇILARA MÖHLƏT… – RƏSMİ AÇIQLAMA

Tarix:19-05-2020, 17:07
Baxış Sayı:383

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi xidmətə çağırışdan möhlət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

ONN media xəbər verir ki, Dövlət Xidmətinin yaydığı məlumatda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınan, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunan təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlətin yalnız bir dəfə verildiyi bildirilib:

1. Ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

2. Peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

3. Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;


4. Əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

5. Xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam