hemle

Sərhəd Qoşunlarında əsgər belə dəyişdi – VİDEO ... ATƏŞ.AZ

Tarix:21-01-2017, 16:31
Baxış Sayı:680

Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.

“AzeriDefence”nin məlumatına görə, bu video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu idda edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.

Həmin gənc əsgər Həsənov Bayram Nazim oğlu Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. Müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib, kiçik çavuş rütbəsində bu günlərdə hərbi xidmətdən ehtiyata buraxılıb.

“AzeriDefence” Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.


Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır