hemle

Könüllü cəbhəyə getmək istəyənlər arasında xanımlar da var - RƏSMİ

Tarix:17-07-2020, 00:06
Baxış Sayı:560

hemlemedia.az saytı yayımladı.
Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var.

PARLA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov mətbuat konfransında deyib.

A.Rəhimov qeyd edib ki, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır

“Bu gün daxil olan 4 min müraciətin içərisində xanımalarımız da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir”.

Artıq sosial şəbəkələrdə belə xanımlardan bəzilərinin adları da qeyd olunur.

Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkə hesabından şəhid qızı Tamilla Qulaminin döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdiyini bildirib:

Qeyd edək ki, Tamilla Qulami Qarabağda şəhid olmuş, qəhrəman döyüşçü Famil Qulaminin qızıdı.
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı