hemle

Türkiyədə Azərbaycan Ordusuna həsr olunmuş veriliş efirə gedəcək "BENGİ TÜRK"

Tarix:25-06-2020, 12:29
Baxış Sayı:959

hemlemedia.az saytı xəbər verir.
Səidə Ömərova: “Azərbaycan Ordusunun yaranma tarixi, keçmişi, bu günü və gələcək proqnozları barədə çıxışlar səslənəcək”

Türkiyə televiziyasında Azərbaycanın 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günunə həsr edilən xüsusi proqram yayımlanacaq. Bunu SİA-ya qardaş ölkədə fəaliyyət göstərən “Bengü Türk” televiziyasının “Azərbaycan Ruzigarı” proqramının müəllifi və aparısı, İstanbul Universitetinin magistr tələbəsi, həmyerlimiz Səidə Ömər xəbər verib. Səidə Ömər bildirib ki, artıq bir ildən çoxdur ki, hər bazar günü ölkəmizin sosial, siyasi və iqtisadi həyatı ilə ekranlara qonaq gələn “Azərbaycan Rüzigarı” proqramı da bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci il dönümünə həsr olunan xüsusi verliş hazırlayıb. Proqramın qonaqları Prof. Dr. Nəsib Nəsibli, Müharibə veteran, Qadınların Sosial Yardım İctimai birliyinin sədri Rada Abbas, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev olacaq.

“Azərbaycan Ordusunun yaranma tarixi, keçmişi, bu günü və gələcək proqnozları barədə çıxışlar səslənəcək”, deyə qeyd edən verilişin aparıcısı eyni zamanda Azərbaycandan qazilərinin fikir və düşüncələri, eləcə də Türk dünyasına mesajlar səslənəcək, Azərbaycanın şanlı Ordusu ilə bağlı müxtəlif görüntülər, vətənpərlik ruhunda kliplər təqdim olunacaqdır.

Türkiyədə Azərbaycan Ordusuna həsr olunmuş veriliş efirə gedəcək "BENGİ TÜRK"



Müəllif: Rövşən

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir