Dünən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təklifi ilə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən ələ keçirilməsinin 28-ci ilinə həsr edilən video-konfrans keçirilib.
Video-konfransa Niderland-Belçika Azərbaycanləları Koordinasiya Şurasının üzvləri ilə yanaşı, Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin üzvü Lamiyə Babayeva, Niderland Krallığında təhsil alıb çalışan tələbə gənclər və Azərbaycandan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İçtimai Birliyinin sədri, müharibə qazisi Radə Abbas qatılıblar.
Video-konfrans şəhidlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükutla açıldı.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Şuşanın işğalından, eləcə də Qarabağ müharibəsinin vurduğu maddi-mənəvi zərbələrdən, xalqımızın keçən bu illər ərzində uğradığı amansız erməni vəhşiliyindən və erməni faşizmi ilə aparılan mübarizədən, bu mübarizədə xaricdə yaşayan soydaşlarımızın rolundan danışdı.
Sonra Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək bu zülmə son qoyulmasının vaxtının çoxdan çatdığını bildirərək, bu savaşı qazanmaq, şərəfimizi təmizləmək, torpaqlarımızı mənfur erməni tapdağından qurtarmaq üçün hər vasitəyə əl atmağın, lazım gələrsə hərbə də qatılmağın vacib olduğunu vurğuladı.
Şuşa şəhərində doğulub, 12 yaşına qədər orada yaşamış və şəhərin işğal olunmasına qədər olan hadisələrin canlı şahidi olmuş, hazırda Niderlandda yaşayan, diaspora fəalı, Koordinasiya Şurasının üzvü, REAL TV-nin Avropa bürosundan Xatirə Sərdarqızı da Şuşa haqqında xatirələrini danışdı, bu günün Şuşa günü olduğunu və bu günü unutmayan hər kəsə təşəkkürünü bildirərək nə vaxtsa Şuşaya qayıtmağı hər kəsə arzuladı.
REAL