hemle

QHT rəhbərləri "Şəhidli, Şahidli Qanlı Yanvar" tədbirində iştirak ediblər - ATƏŞ.AZ

Tarix:20-01-2017, 16:52
Baxış Sayı:550

Bakı Slavyan Universitetində Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı keçirilən "Şəhidli, Şahidli Qanlı Yanvar"adlı tədbirin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanınini ziyarət etdilər.Tədbir Bakı Slavyan Universitetində davam etdirildi.Tədbiri Universitetin rektoru Nurlana Əliyeva açdı.

O, həmin tarixlə bağlı xatirələrini danışdı.Qeyd etdi ki, zaman keçdikcə gənc nəsl o tarixi unutmamalı, şəhidlərimizin xatirəsini hər zaman əziz tutmalıdılar. Bu gün isə gənclərimizin bircə amalı vətəninə, dövlətinə sadiq, savadlı,hərtərəfli inkişaf etmiş olmalıdılar.

Daha sonra tədbirə dəvət alan Qələbə Əlillər Cəmiyyətinin sədri, döyüşçü, Universitet Valideyn Komitəsinin sədri Mehdi Vedili və Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı 20 Yanvar günü ilə bağlı xatirələrini danışdılar.

Onlar qeyd etdilər ki, 90-cı illərdə baş verən hadisələr fonunda 20 Yanvar faciəli gün olsa da eyni zamanda xalqın qəhrəmanlıq və müstəqilliyə aparan yolu kimi yaddaşlara həkk olmalıdı.Məhz o günlə millətimiz müstəqillik arzularını gerçəkləşdirə bildi.

Qarabağ müharibəsində məhz 20 Yanvar şəhidlərinin qəhrəmanlığı, Qarabağ müharibəsində şəhid olmuş vətən övladlarınin həyatı isə Aprel döyüşlərində əsgərlərimiz üçün nümunə idi.

Bu tarixlərdən dərs alan gənclər xalqımıza məhz böyük Qələbənin qürurunu gec-tez çatdıracaqlar.Qarabağ müharibəsinin veteranı, universitetin dosenti Sabir Məmmədov, Tarix elmləri doktoru Habil Məmmədov, Azərbaycan tarixi və İctimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov, Elçin Məmmədov qeyd etdilər ki, 20 Yanvar faciəsinə dünya tərəfindən hüquqi-siyasi qiymət verilməməsi məhz sonrakı faciələrimizə yol açdı, torpaqlarımızın işğalına gətirib çıxardı.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı