hemle

Əzizova Aysel İlqar qızı

Tarix:Bu gün, 11:08
Baxış Sayı:628



Əzizova Aysel İlqar qızı ÖZ DUYĞULARINI ŞEİRLƏRİ İLƏ DİLƏ GƏTİRƏN GƏNCLƏRİMİZDƏN BİRİDİR. İSTEDADLI OLDUĞU YAZDIĞI ŞEİRLƏRİN HƏR BİR MİSRASINDAN HİSS OLUNUR. BİZDƏ AYSELƏ TUTDUĞU BU YOLDA DAHA DA UCALMASINI, UĞUR VƏ MÜVƏFFƏQİYYƏTLƏR ƏLDƏ ETMƏSİNİ ARZU EDİRİK.


ATAMIN KÖLGƏSİ

Məni atamın kölgəsindən ayırmayın,
O,canımdır,nəfəsimdir.
Onsuz bu dünya,
Bir cəhənnəm,bir zülmətdir.
Qışda günəşim,
Yayda kölgəmdi o,
Onun nəfəsi olmasa,
Boğularam dar günümdə.
O, qolumdur-kəsməyin,sınaram,
O, yolumdur-onsuz getsəm, azaram.
Atam varsa,dünyam gözəl,
Atam yoxsa,hər şey yalan.
Almasın məndən onu Tanrı,
Atasız uşaq yarpaq kimidir,
Xəzan olub çürüyər.
Qoparmayın məni atamdan,
Ondan ayrı yaşamaq çətin.
O, gözlərimdə parlayan işıq,
Ürəyimdə döyünən qəlbdir.
O,aldığım nəfəs,
Məkkəm, Mədinəm,
Bir sözlə, Həccimdir
*
İLAHİ GÖZƏLLİK

Ey Tanrım, bu necə bir gözəllik,necə bir hal
Baxışlarım çaşar, sanki zaman dayanar
Hər zərrən bir ilahi sənət əsəri,
Hər addımın işlənmiş bir naxış.
Bu nə duruş, bu nə zərif əndam,
Bir baxışınla göylərə yol açdın,
Gözəlliyinə tərif necə də çətin,
Ay da, günəş də sənə bənzəməkdə aciz,
Qaranlıq gecələrdə parlayan bir nursan,
Hər yolunu itirənim açarı sənsən.
Varlığın bir möcüzədir ay, gözəl
Səni görən dünyaya yenidən gələr,
Üzərlik fırlansın başına,
Bu gözəlliyin yayılsın dünyaya .
Hər nəfəsin bir bahar , bir zərif nağıldır,
Səni tərif etməyə yetməz sözlərim,
Tanrım bu gözəllik qarşısında əriyər canım
Sən bu aləmdə bir nağıl ,bir dastansan...
*
NAZLI,DUZLU YAR

Axtarıram gecə-gündüz,
Həsrətin çəkirəm o nazlı gülün.
Həsrətindən külə dönən mənəm,
Dünya səfasını sürən sənsən.
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Çıxıb hər səhər dağ döşünə,
Dərirəm gül-nərgizi,
Qoxlayıb sayıqlayıram adını,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Dolansın qollarım o incə belinə,
Toxunsun əllərim o ay üzünə,,
Sığal çəkim o nazlı telinə,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Düşünüb dəli oluram,
Fikirləşib qərqə batıram,
Qara dənizdə gəmilərim batıbdır,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı, duzlu yarım.
Ağlayımmı yoxsa qapanımmı ayaqlarına,
Dön gəl desəm gələrsənmi?
Yandım töküldüm sevgi atəşindən,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
*
Həyat

Çox güvənmə aldadarlar,
Çox sevmə ağladarlar.
İnanma heç kimə bu dünyada,
Yoxsa çox incidərlər fani dünyada.
Demə ki,səni sevir.
Sanma ki,səni səndə saxlayır.
Bu varlıq ki, insandır,
Yorar səni,ağladar səni
İnsandır ki ,insan.
Elə bilmə səni anlayır,
Elə bilmə səni sevir.
Güldürür,ətrafında dolanır,
Dünyadır dönən,a bala
Heçdir Mars,Yupiter.
Günəşi göstərər,
Ayı gizlədər,
Yerdə gəzər,
Göydə uçar.
Ulduzları sayıb,
Bəxtini bağlar.
Paxıllıq edər,
Səni gizlədər.
Özünü şah sayıb,
Səni qul edər.
Bir şeyi unutma, ay yazıq
Keçibdir dünən,
Keçibdir quldarlıq.
Yaşar bu günlər,
Yaşar gələcək.
Bir ayaq saxla,
Dinlə bu gənci,
Anla bu cavanı.
Deməki yoxdur yaşı.
Nə anlar həyatı?
Görübdür,anlayıbdır həyatı.
Budur məsləhətim sənə
Hər görməyən deyildir kor,
Hər eşitməyən deyildir kar.
Çoxdur görüb susanlar,
Çoxdur eşidib susanlar.
Aldanma hər yoldan keçənə,
Ay gözəl insan...
*
SÖYLƏ MƏNƏ,EY İNSAN

Həyata niyə qara baxırsan?
Niyə gülmürsən?
Sevmirsənmi həyatın gözəlliyini,möcüzəsini?
Gözlərin niyə qara görür?
Söylə mənə,ey insan.
Dərdmi götürüb səni?
Söylə mənə ,ey insan.
Gözlərin mavi
Özün həyata baxırsan qara
Niyə sevmirsən həyatı?
Pislikmi edib sənə həyat?
Söylə mənə ,ey insan.
İncidibmi həyat səni?
Söylə mənə, ey insan.
*
GÜNAHKAR

Gözlərin ağlımda,
Qoxun dodaqlarımda.
Unuda bilmirəm sevdiyimi,
Unuda bilmirəm sevildiyim günləri.
Oturdum düşündüm,
Nifrət etdim sevgimdən
Oturdum düşündüm,
Axan göz yaşlarımdan.
Hanı nə oldu?
Sevməyəcəkdim səni,
Yenə döndü dolaşdı,
Sənə çıxdı bu yollar.
Söylə kimdir , günahkar?
Səni sevən qəlbimmi?
Yoxsa sevməyə məcbur edən qarə gözlərinmi?
Ya ağlımı başımdan alan,
Məni bihuş edən qoxunmu,
Söylə kimdir günahkar?
Göy çəmənlikdəki gül
Bir arzum var ki, gəl görəsən
Gəzirəm hər diyarı,
Bəlkə tapdım dərmanımı
Bəzən deyirəm,
Ey könül , varmı ki, dərmanın?
Gəzərkən bir gün göy çəmənlikdə,
Onu görcək qəlbim çıxdı yerindən.
Dedim:Aman tanrım, bu nə gözəllik?
Baxdım,baxdım,
Hey tamaşa etdim.
“Ey könül, budurmu dəvan?” dedim.
İzlədim,izlədim getmək istədim.
Könlüm dedi:
Dayan, budur dəvam,
Ruhum dedi:
Hara gedirsən , ey aşiq?
Düşündüm haqlıdırlar,
Getmədim bir an,
Günlərlə izlədim, onu uzaqdan
Bir gün oyatdılar məni ,
Şirin yuxumdan
Dedilər yaxınlaşma ona sən,
Zəhərlidir,öldürər,
Dinləmədim getdim,o göy çəmənə
Yaxınlaşmaq istədim.
Dedi:”Yaxınlaşma , ey cavan,
Zəhərlərəm səni mən”.
Dedim:”Ey oğru,
Qəlbimi çalmağın nədir?
Bu sözlərin nədir?
Yaraşdırmadım sənə mən.
Mən onsuz ölmüşəm eşqindən.
O zəhərin şərbətdir mənə,
Ver içim o zəhərindən”.
Yayıldı ürəyinə bu sözlər
Elə o andaca dedi:
“Ey cavan, məndə sənin aşiqin”.
Sən demə, bu gül deyilmiş zəhərli,
O da, axtarırmış məni,
O gündən oldu,
Gündüzümün günəşi, gecəmin ayı.
*
ŞƏHİDİM

Vətən uğrunda canını fəda edən,
Şəhidim yerin rahatmı?
Bu gün gəldim qəbrinə,
Dinlə məni, şəhidim.
Yadındadırmı?
Hər zaman deyərdim mən,
Sən olmasan atmaz bu ürək.
Sən yoxsan artıq yanımda,
Bilmirəm niyə dayanmaz bu ürək?
Dayan,dayan atma bir daha,
Zülüm vermə mənə.
Bir zənglə yıxıldı dünyam,
Ağlaram dərdimə.
Ağlaram halıma.
Kaş qulaqlarım kar olaydı,
Eşitməzdim şəhid xəbərini.
Səni qucaqlamaq,
Qoxunu içimə çəkmək istədim,
Nəsib olmadı ,şəhidim.
Yalnız qucaqladım tabutunu,
Vurdum başımı tabutuna,
Bəlkə undaram həyatımı.
Qəlbimə vurdum-vurdum,
Bəlkə dayandı ürək,
Xeyri olmadı şəhidim.
Tək qaldım dünyada.
Hələ də unuda bilmirəm ,
O gülüşünü,o səsinə,
Bəzən dönüb baxıram,
Bəlkə səsləyərsən məni,
Boş divar görüb , sönür həyatım.
Ananı Cavidim deyib ağlatdın,
Gözündə sönməyən atəş ucaltdın,
Gözüyaşlı körpəni ağlar qoydun,
Məni də yar deyib ağlar qoydun.
Bu gün sənə söz verirəm,
Əlbət bir gün qovuşacayıq biz,
Gözlə məni, şəhidim.
*
YANLIŞ İNSAN

Könlümdə coşan,
Damarlarımda axan qanım,
Gözümün ağı,qarası,
Könlümün tək qübarı,
Gəl naz etmə belə,
Dərdimi dağlama belə.
O qara qaşına,
O qara gözünə,
O qara sıx telinə
Sən adlı insana,
Mən aşiq olmuşam.
O əndama,
O duruşa,
O boya, o üzə,
Mən vurulmuşam,
Səni görüb dil açmışam,
Əlimə qələm alıb,
Bitməyən hisslərimi vərəqə yazmışam.
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən şirin-şirin danışdın,
Mənə ağ xəyallar qurdurdun,
Gözümdə yanan ümidlər ucaltdın,
Hardan biləydim yarın olduğunu,
Bir gecədə söndürdün işığımı,
Bir gecədə məhv etdin xəyalımı,
İndi deyə bilmirəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən demə başqasına aşiq imiş,
Sən demə mənə baxan gözlər yalan imiş,
Sən demə başqasının yarı imiş,
Bağışla əzizim, deyə bilmərəm sənə
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ax bu baxan gözlərim kor olsun,
Yazan əllərim yox olsun,
Döyünən qəlbim dursun,
Təki unudum səni.
Bağışla məni deyə bilmərəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ancaq bunu deyə bilərəm,
Axan gözyazşları arasında,
Elə baxma mənə,
Qəlbimi dağlama belə.

Digər xəbərlər
16:10 Ermənistan Azərbaycanın təkliflərini qəbul etdi
14:37 Zaman Əmlak nazirliklərin vəzifə və səlahiyyətlərini əlindən alıb
11:08 Əzizova Aysel İlqar qızı
10:54 Putin Ukrayna ilə bağlı mühüm mesajlar verəcək: Lukaşenko ilə görüşdən sonra
10:51 Paşinyanın xüsusi nümayəndəsi türklərə dedi: İrəvan heç bir ilkin şərt olmadan...
10:47 Trampın xüsusi elçisinin təyyarəsi hazırda Türkiyə üzərindədir: Rusiyaya gedir?
10:42 Beynin qocalmaması üçün üsullar - Alimlərdən tövsiyə
10:40 Bu “ASAN xidmət” mərkəzinin fəaliyyəti məhdudlaşdırılır