hemle

Bu “ASAN xidmət” mərkəzinin fəaliyyəti məhdudlaşdırılır

Tarix:Dünən, 10:40
Baxış Sayı:501

1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılır.

"ASAN xidmət"dən verilən məlumata görə, bu, 16 mart - 7 aprel tarixlərində mərkəzdə aparılacaq zəruri təmir-bərpa işləri ilə əlaqədardır.

Bildirilib ki, vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəriqaz" İB, "Azərişıq" ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən, həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər:

"Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək. Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər "ASAN xidmət" mərkəzlərinə müraciət etmələrini xahiş edirik".

Digər xəbərlər
11:21 Həqiqi hərbi xidmətin müddəti ilə bağlı qərar verildi
11:15 "WhatsApp"da yeni funksiya - mesaj zəncirləri...
11:11 Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir
11:06 Putin atəşkəsi qəbul etdi, amma... – Rusiyanın planı nədir?
11:02 Bu gün 26 dərəcə isti olacaq
10:44 ÇATLAR DƏRİNLƏŞİR - Putin ABŞ-ı çətin vəziyyətə saldı
10:33 Ukrayna ordusuna AĞIR İTKİ: Donetskə daxil olan taqım məhv edildi
10:15 XII Qlobal Bakı Forumunun ikinci günü başladı