hemle

"WhatsApp"da yeni funksiya - mesaj zəncirləri...

Tarix:Dünən, 11:15
Baxış Sayı:445

Populyar "WhatsApp" mesenceri "Android" istifadəçiləri üçün yeni funksiyanı - mesaj zəncirlərini təqdim edir.

Bu funksiya söhbətləri daha mütəşəkkil və başadüşülən etmək məqsədilə çatlarda konkret mesajlara cavabları izləməyi asanlaşdırmaq üçün nəzərdə tutulub.

Nizamsız cavabları tapmaq üçün çatı vərəqləmək əvəzinə, yeni funksiya xüsusi mesaja verilən bütün cavabları forum mövzuları və ya "X"dəki kimi bir başlıqda qruplaşdıracaq. Bu, əsas mesajla əlaqəli bütün sitatları və cavabları görməyə imkan verəcək, lazım olan məlumatı tapmağı və uzun, qarışıq söhbətlərdə naviqasiyanı asanlaşdıracaq.

Hazırda bu funksiya istifadəyə verilməyib və tərtibatçılar onun üzərində işləyirər. Qeyd olunur ki, mesaj zəncirləri şəxsi çatlarda, qrup çatlarında, icmalarda və kanallarda işləyəcək.

Digər xəbərlər
17:13 Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz
17:09 Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...