hemle

Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz

Tarix:Bu gün, 17:13
Baxış Sayı:557

“44 günlük Vətən müharibəsini sonlandıran 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişdən sonra, əslində elə bir il müddətində sülh sazişi imzalana bilərdi. Son dörd il yarım ərzində Ermənistan bu müddəti siyasi dəstək və hərbi güc qazanmaq üçün sərf edib”.

Bunu açıqlamasında ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmi olaraq sənəd imzalamadan Nikol Paşinyanın bütün maddələr üzrə razılığa gəlməsi, əvvəldən qalan konstitusiya məsələlərini və başqa nüansları yerinə yetirəcəyinə dair verdiyi vədlər inandırıcı deyil:

“Əgər o, hər şeyə razılaşacaqdısa, ordusunu silahlandırmaq üçün bu qədər pul xərcləməsinə, Avropa missiyasından və ABŞ-dan dəstək almasına ehtiyac yox idi. Digər tərəfdən baxsaq, Ermənistanın hər cür cəhdlərinə baxmayaraq başqa çıxış yolu qalmadığını anladığı üçün bu qərarı verdiyini düşünmək olar. Bəlkə də o, bu kontekstdə yeni dünya, geosiyasi reallıqlarla barışaraq sülhə razı oldu.

Lakin unutmaq lazım deyil ki, Ermənistan çoxölçülü siyasət aparır. Məsələn, Paşinyan son günlərdə Türkiyədən jurnalistləri dəvət edərək Türkiyə ictimaiyyətinə təsir etmək məqsədi daşıyan fəaliyyətlərlə məşğuldur. Bu səbəbdən sülh sazişinin maddələrində diqqətli olmaq vacibdir. Münaqişənin heç bir tərəfə faydası yoxdur. Əgər Ermənistan həqiqətən də səmimi davranaraq faktlar əsasında sülh qərarı verirsə, bu, elə ən çox Ermənistanın xeyrinə olacaq”.

General diqqətə çatdırıb ki, prosesə xələl gətirmək istəyən digər tərəflər, xüsusən də qonşu dövlətlər Ermənistanın bu qərarından əl çəkməsi və prosesi pozmaq üçün təxribatlara əl ata bilərlər:

“Sülh prosesi tamamlanıb, imza atılana qədər bu cür hadisələr çox yaşanacaq. Bunu Xocalının qaniçən qatillərini təmsil edən ünsürlər həyata keçirəcək. Onlar prosesi dayandırmaq və sülhün gəlməsinə mane olmaq istəyəcək. Ermənistanda sülh masasının yaradılması nə qədər mühümdürsə, torpaqlarında olan xarici ölkələrin dırnaqarası müşahidə qrupları, kəşfiyyat və hərbi məqsədli ünsürlərin də oranı tərk etməsi o qədər mühümdür.

Hesab edirəm ki, sülhün bərqərar olması ilə onlar dörd qonşusundan ikisinin blokadasından qurtulmalı və münasibətlərin normallaşması prosesinə başlamalıdırlar”.

Y.Karauz sazişin imzalanmasından sonrakı dövrün də əsas planlar arasında olması gərəkdiyini vurğulayıb:

“İmza atıldıqdan sonra bu prosesin sağlam şəkildə davam etməsi üçün lazımi şərtlər yerinə yetirilməlidir. Türkiyə də üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirəcək. Bu sülhün təminatçısı Avropa Birliyi, Türkiyə, yaxud Rusiya ola bilər. Lakin Avropanın sülhü 27 ildir uzatdığına hər kəs şahiddir. Yaxud Ermənistan və ya Azərbaycan təminatçı olaraq bir öklə təklif edə bilər.

Azərbaycan və Ermənistan qoşunları hər hansı təxribata yol verməmək üçün təmas xəttindən bir qədər uzaqlaşmalıdırlar və ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Bu gerçəkləşsə, Novruzun yaxınlaşdığı bu günlərdə Qafqaza bahar, sülh gələcək”.

Digər xəbərlər
17:13 Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz
17:09 Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...