hemle

Alıcılar market və restoranlarda belə ALDADILIR

Tarix:Bu gün, 17:02
Baxış Sayı:477

İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması müxtəlif formalarda ola bilər. Mağazada malın kassadakı qiymətinin vitrində göstərilən qiymətdən yüksək olması, kafe və restoranlarda təklif olunan məhsulların menyuda göstərilən qiymətlərdən yuxarı hesablanması, çəki ilə satılan malın faktiki çəkisinin göstəriləndən az olması, hesaba kiçik məbləğlərin əlavə edilməsi və ya yekun məbləğin yanlış hesablanması və s. bu kimi hallar istehlakçıların aldadılması hesab edilir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.

"Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və qablaşdırma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satışı məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymətə uyğun aparılmalıdır. Malın çəkisi və ölçüsünün düzgünlüyünü müəyyən etmək üçün ticarət zalında görünən yerdə standartlara uyğun nəzarət ölçü vasitələri qoyulmalıdır.

İstehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli ödəniş tələb edilməsi onun hüquqlarının pozulması, yəni hesabda aldadılmasıdır", - o bildirib.

Digər xəbərlər
17:13 Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz
17:09 Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...