hemle

Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Tarix:14-06-2024, 17:00
Baxış Sayı:812

Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.

Müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə), regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində - 15, 17 və 18 iyun tarixlərində fəaliyyət göstərəcək.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının xidmətlər bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) üzərindən həyata keçirilir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ