hemle

ÇATLAR DƏRİNLƏŞİR - Putin ABŞ-ı çətin vəziyyətə saldı

Tarix:Bu gün, 10:44
Baxış Sayı:557

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs haqqında dediyi sözlərlə ABŞ-ı çətin vəziyyətə salıb".

Bunu “Focus” nəşrinə müsahibəsində Köln Universitetinin beynəlxalq münasibətlər və xarici siyasət üzrə alman professoru Tomas Yaqer deyib.

"ABŞ çətin vəziyyətdədir, çünki o, Rusiya ilə Avropanın maraqları ilə bağlı danışıqlar aparmalıdır", - o qeyd edib.

Analitikin fikrincə, bu, Şimali Atlantika Alyansı daxilində və ABŞ-la Avropa arasında yaranan çatları daha da dərinləşdirə bilər.

O, hesab edir ki, Moskva bir-birinin ardınca şərt irəli sürə biləcəyi şərait yaradır. Rusiya dövlətinin başçısının adını çəkdiyi belə şərtlərdən biri də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində təslim olmasıdır. Rusiya liderinin qeyd etdiyi digər şərt isə Kiyevə silah tədarükünün dayandırılması olub.

Bir gün əvvəl Putin bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ilə 30 günlük atəşkəs yaratmaq təklifi ilə razılaşıb. O vurğulayıb ki, Rusiya Federasiyası bu atəşkəsin uzunmüddətli sülhə gətirib çıxaracaq atəşkəs olmasını istəyir.

Digər xəbərlər
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...
16:46 Azərbaycanda iki universitet yaradılacaq
16:40 Bu şəxslər də müavinət ala bilər - TƏKLİF EDİLDİ
16:08 Deportasiya planı ortaya çıxdı: Fələstinliləri bu ölkələrə köçürəcəklər
11:21 Həqiqi hərbi xidmətin müddəti ilə bağlı qərar verildi
11:15 "WhatsApp"da yeni funksiya - mesaj zəncirləri...