hemle

Rusiya və ABŞ liderləri görüşə bilər

Tarix:21-02-2022, 08:12
Baxış Sayı:222

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib.

Bu barədə Yelisey Sarayı məlumat yayıb.

"Makron prezident Bayden və prezident Putin arasında, daha sonra isə Avropada təhlükəsizlik və strateji sabitlik üzrə bütün maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını prinsipial olaraq qəbul etdilər", - bəyanatda deyilir.

Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya hərbi müdaxilə etməsə baş tuta bilər.

Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ