hemle

Azərbaycanda iki universitet yaradılacaq

Tarix:Bu gün, 16:46
Baxış Sayı:441

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.

Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.

Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair" Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.

Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.

Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub.

Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.

Digər xəbərlər
17:13 Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz
17:09 Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...