hemle

İlham Əliyev məcburi köçkünlərlə bağlı sərəncam imzaladı

Tarix:26-09-2020, 17:17
Baxış Sayı:449

ATESH,AZ saytı xəbər verir. Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

1. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
ATESH,AZ

Digər xəbərlər
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
18:40 "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
18:34 Uşaqları dilənçiliyə kimlər vadar edir? - Konkret yerlər var ki...
18:30 Kəlbəcər sakini Goranboyda minaya düşdü
18:26 Nazirlikdən xəbərdarlıq: Bu yolla çirkli pulların yuyulmasının iştirakçısı ola bilərsiniz
18:22 Saleh Səmədovu DTX həbs etdi - YENİLƏNDİ