hemle

Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir”

Tarix:18-04-2023, 18:00
Baxış Sayı:110

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir”.

Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...