hemle

İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi

Tarix:Bu gün, 13:53
Baxış Sayı:445

İranın ən böyük onlayn alış-veriş və satış platforması olan “Digikala” internet saytı Azərbaycan Respublikasının bayrağının simvollarını ABŞ və İsraillə yanaşı düşmən ölkələr və qadağan olunmuş mallar siyahısına salıb.

Bu barədə saytda yerləşdirilən məlumatda bildirilir.

Belə ki, “Digikala”nın rəsmi səhifəsində ABŞ, İsrail və Azərbaycan kimi ölkələrin bayrağının və ya simvolunun əks olunduğu malların (köynək, futbolka və s.) satışının qadağan olunduğu açıq-aydın qeyd olunub.

Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraq rəngləri və simvollar olan malların istehsalı və təqdim edilməsinin qadağan edildiyi, bu malların İranın sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı bildirilir.

İŞİD və Taliban kimi qruplarla yanaşı, Azərbaycanın da bu siyahıya salınması sosial şəbəkə istifadəçilərin geniş reaksiyası ilə üzləşib.

Qeyd edək ki, onlayn satış platformasında Azərbaycan bayrağının özünün satılmasına qadağa yoxdur.

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...