hemle

Hacı Əbdülün ikinci arvadı ilə övladları arasında qalmaqal

Tarix:20-04-2020, 21:22
Baxış Sayı:518

“Kameralara baxıb bilmək istəyirdim ki, atam necə ölüb. Bəlkə həyətə biri girib, boğub. Kimsə boğub? Yoldaşı açarları vermədi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri iki həftə əvvəl rəhmətə gedən “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün ortancıl qızı (özünü təqdim etməyib) ARB kanalında qonaq olan zaman deyib.
Atasının ikinci həyat yoldaşı Ruhiyyəni oğurluqda ittiham edən qadın əlində faktlar olduğunu iddia edib: “Söhbət mirasdan getmir. Atamın öldüyü günün səhəri xahiş elədim ki, açarı ver, gedək bağ evində kameranı açım. Baxım ki, atam necə ölüb. Kamera nə üçün qoyulur? Ruhiyyə razı olmadı. Atamın 80 yaşı olsa da, sağlam insan idi. Necə birdən-birə öldü?
İçi pul ilə dolu seyf yoxa çıxıb. Ruhiyyədən başqa kim götürə bilər? Sənədlər, seyf, heç nə yoxdur. Onun qardaşının həmin həyətdən oğurluq etməsi ilə bağlı videogörüntülər var. Mənim atam bəzi adamlar kimi yerə qızıl basdıranlardan deyil. Atamın digər evliliyindən 5 övladı var, canımı onlara verərəm. Hər şeyimiz onlarındır. Mənə atamın necə öldüyü maraqlıdır. “Harddisk”ə belə format verilib”.
Studiyaya telefon vasitəsilə bağlanan Hacı Əbdülün ikinci həyat yoldaşı Ruhiyyə ögey övladları tərəfindən zorakılığa məruz qaldığını bildirib:
“Hacı Əbdül bütün daşınar və daşınmaz əmlakını kiçik oğlu Əbdülə vəsiyyət edib. Əvvəlki yoldaşından olan övladları məndən açarları tələb edirlər, qızılları, sənədləri istəyirlər. Ancaq mənim heç birindən məlumatım yoxdur. Onlar seyfi oğurlamaqda məni günahlandırırlar. Bağ evinə gedəndə dedilər ki, onlarsız o evə gedə bilmərəm. Yoldaşım o övladlarını istəmirdi, əlaqələrini kəsmişdi. Birdən dünyasını dəyişdi, nəsə başqa bir söz deyə bilmədi”.
Qeyd edək ki, Hacı Əbdül 2017-ci ildə 77 yaşında ikən ata olmağı ilə gündəmə gəlmişdi. 30-cu dəfə Həcc ziyarətinə getməyə hazırlaşan mərhum oğluna da öz adını vermişdi.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR