hemle

Zaman Əmlak nazirliklərin vəzifə və səlahiyyətlərini əlindən alıb

Tarix:Bu gün, 14:37
Baxış Sayı:629



Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti sayılır. Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu cür özbaşına tikintilərdən biri də Nəsimi rayonu, 20 yanvar küçəsi ev 10 adresində, 211 sayli məktəbin düz yanı, 5 mərtəbəli binanin 1-ci mərtəbəsində aşkar olunmuşdur. Sözügedən binada özünü
Zaman Əmlakin işçisi kimi göstərən adam deyir ki, FHN, Baş prokurorluq, Nəsimi rayon İcra Hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Nəsimi rayon Polis idarəsinin və 19 saylı Polis Bölməsinin hamısının xəbərləri var, haqqlarını ödəmişik.

Zaman Əmlakin işçisi kimi göstərən adam 19 saylı Polis Bölməsinin rəisinin adı ilə jurnalistə hədə qorxu gəlib. Daha sonra bildirib ki, şəxsən Kəmaləddin Heydərov özü icazə verib bu qanunsuz tikilinin tikilməsinə. Həmçinin Vilayət Eyvazovunda arxasında olduğunu qeyd etmişdir. Onun sözündən belə çıxır ki, hamının payını vermişik deyə bu gün burada rahat at oynada bilirik. Maraqlısı isə budur ki, görəsən həqiqətənmi adı çəkilən dövlət qurumları hamısı əlbirdirlərmi yoxsa bu özünü Zaman Əmlakın işçisi kimi göstərən adamın yalanıdır.

Cənab prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı hər zaman sərt mövqe bildirib. O,, qeyd edir ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncamlar imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina, obyekt tikilə bilməz. Lakin belə nəticəyə gəlmək olur ki, bu gün Cənab prezident İlham Əliyevin qayda qanunlarının əksinə gedən insanlar çoxdur.




Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb xahiş edirik ki, bu cür qanunsuz tikili tikən hər bir şəxs məsuliyyətə cəlb olunsun və qanunsuz tikilən binalar dərhal sökülsün.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
16:39 Tramp Amerikanın ərazisini niyə genişləndirmək istəyir? - Cavab elə ABŞ-dan gəldi
16:35 Kredit götürənlərin nəzərinə! - Pulu ödəsəniz belə bank buna görə sizi cərimələyə bilər
16:31 Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
16:17 Bu ermənilər də cinayət məsuliyyətinə cəlb edilməlidir
16:14 Mirzoyan “türk” sözündən incidi, sonra... - İrəvanda QALMAQAL
16:10 Ermənistan Azərbaycanın təkliflərini qəbul etdi
14:37 Zaman Əmlak nazirliklərin vəzifə və səlahiyyətlərini əlindən alıb
11:08 Əzizova Aysel İlqar qızı