hemle

Mirzoyan “türk” sözündən incidi, sonra... - İrəvanda QALMAQAL

Tarix:Bu gün, 16:14
Baxış Sayı:501

Ermənistanda hökmət iclasından sonra insident yaşanıb.

İclasdan sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan sualları cavablandırmasını istəyiblər.

Mirzoyan suallara cavab verməkdən imtina edib. Bu vaxt jurnalistlərdən biri deyib ki, “siz ancaq türk həmkarlarınızla danışırsınız, cənab Mirzoyan?” Bu sözlərdən sonra Mirzoyan geri qayıdıb və deyib: “Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə”.

Jurnalistlərdən biri “Utanmalısan ki, gəlib bizi biabır etdin” deyib.

Mirzoyan isə cavabında bildirib ki, sizdən kimsə “yalnız türk həmkarlarınızla danışırsınız” deyəndə, mənim “ayıb olsun” demək haqqım var”.

Qeyd edək ki, bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri və Paşinyandan müsahibə alması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Digər xəbərlər
16:39 Tramp Amerikanın ərazisini niyə genişləndirmək istəyir? - Cavab elə ABŞ-dan gəldi
16:35 Kredit götürənlərin nəzərinə! - Pulu ödəsəniz belə bank buna görə sizi cərimələyə bilər
16:31 Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
16:17 Bu ermənilər də cinayət məsuliyyətinə cəlb edilməlidir
16:14 Mirzoyan “türk” sözündən incidi, sonra... - İrəvanda QALMAQAL
16:10 Ermənistan Azərbaycanın təkliflərini qəbul etdi
14:37 Zaman Əmlak nazirliklərin vəzifə və səlahiyyətlərini əlindən alıb
11:08 Əzizova Aysel İlqar qızı