hemle

Herpes virusu: Altsheymer xəstəliyi ilə mübarizədə dost, yoxsa düşmən?

Tarix:5-01-2025, 10:13
Baxış Sayı:501

ABŞ və İsraildən olan beynəlxalq alim qrupu Altsheymer xəstəliyi ilə 1-ci tip sadə herpes virusu (HSV-1) arasında gözlənilməz əlaqə aşkar ediblər. Bu nəticələr göstərir ki, virus infeksiyaları neyrodegenerativ xəstəliklərin inkişafında əsas rol oynaya bilər.

Bununla bağlı "Cell Reports" jurnalında məqalə dərc olunub.

Alimlərin sözlərinə görə, HSV-1 virusu beyində tau zülalının səviyyəsinə təsir edə bilər. Ənənəvi olaraq Altsheymer xəstəliyində zərərli hesab edilən bu zülal əvvəlcə beyni virus infeksiyasından qorumağa kömək edir, lakin sonradan neyronların zədələnməsini daha da ağırlaşdırır.

"Bizim işimiz tau zülalının yalnız zərərli olması haqqında mövcud təsəvvürə meydan oxuyur və göstərir ki, erkən mərhələlərdə o, beynin immun müdafiəsinin bir hissəsi ola bilər," - deyə müəlliflərdən biri qeyd edib.

HSV-1-in tau zülalına və Altsheymer xəstəliyinin inkişafına təsirinin dəqiq mexanizmləri hələ də aydın olmasa da, alimlər əlavə tədqiqatlar planlaşdırırlar. Onlar virus zülallarına yönəlmiş terapevtik strategiyalar hazırlamağı və beynin immun cavabını tənzimləməyi nəzərdə tuturlar.

Bundan əlavə, tədqiqatçılar Parkinson xəstəliyi kimi digər neyrodegenerativ xəstəliklərdə oxşar mexanizmlərin iştirak edib-etmədiyini öyrənəcəklər.

Digər xəbərlər
22:09 Universitetlər Bakıdan köçürüləcək?
22:07 Sürücülərin nəzərinə - Bu sənədi artıq AYNA-dan əldə etmək mümkündür
22:05 Şəkər xəstəliyinin erkən əlaməti ola bilər - Üzünüzə diqqətlə baxın, bu ləkələr varsa...
22:03 Hər kəsin zibilə atdığı limon qabığı - Xəzinədir: Faydaları saymaqla bitmir
21:59 Azərbaycanda doktorantura birpilləli sistemə keçirilə bilər - RƏSMİ
21:57 Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
21:54 Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!
15:02 Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq