hemle

Alimlər Altsheymer xəstəliyinin dərmansız müalicə etməyin yolunu tapıblar

Tarix:14-06-2024, 13:30
Baxış Sayı:765

Alimlər Altsheymer xəstəliyinin dərmansız müalicə etməyin yolunu tapıblar
Mentolu tənəffüs edən Altsheymer xəstəliyi olan siçanlar idrak qabiliyyətlərini yaxşılaşdırıb.
Təcrübənin nəticələrini “The Conversation” nəşri dərc edib.

Altsheymer - sinir hüceyrələrinin itirilməsi nəticəsində yaddaş, düşüncə və sosial bacarıqlarda problemlər yaranan sağalmaz xəstəlikdir. Sonrakı mərhələlərdə xəstələr qohumlarını tanımır və evdə özlərinə baxa bilmirlər.

Əvvəlki araşdırmada yeni məqalənin müəllifləri müəyyən ediblər ki, mentolun müntəzəm inhalyasiyası siçanlarda immun reaksiyasını gücləndirə bilər.

İndi elm adamları altı ay ərzində mentola məruz qalmanın Altsheymer xəstəliyi olan heyvanların yaddaşını və öyrənməsini yaxşılaşdırmağa kömək etdiyini müəyyənləşdiriblər.

Mentol beyində iltihabı artıran interleykin-1 proteininin səviyyəsini azaldır. Belə ki, interleykin-1 Altsheymer xəstəliyində yaddaş itkisinə səbəb olur. Mentol həmçinin iltihabı idarə etməyə kömək edən immun T-tənzimləyici hüceyrələrin işini yaxşılaşdırıb.

Digər xəbərlər
10:12 Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
10:03 Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
09:57 Rusiya peyki naməlum obyekti orbitə çıxardı
09:53 Bu gün güclü külək əsəcək
09:45 Türkiyədə zəlzələ oldu
09:40 Ordumuzun mövqeləri atəşə tutuldu
21:10 "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
21:08 "İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq