hemle

Dişləri yumaqla Altsheymer xəstəliyi arasında əlaqə müəyyən edildi

Tarix:13-12-2024, 09:12
Baxış Sayı:448



"Ağız boşluğu gigiyenası qaydalarına riayət edilməməsi bir çox xəstəliklərin, o cümlədən erektil disfunksiya, ikinci tip şəkərli diabet və hətta Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər".

Bu barədə "Alzheimer's Research UK" demensiya tədqiqatları xeyriyyə təşkilatı xəbərdarlıq edib.

Bildirilir ki, diş əti xəstəliyinə səbəb olan bakteriyalar beyinə daxil ola və neyronları məhv edə bilər, bu isə demensiya ilə nəticələnir.

"Bu mikroorqanizmlər, həmçinin ürək-damar sisteminə zərər verir. Onlar qan damarlarının genişlənməsini çətinləşdirən dağıdıcı fermentlər ifraz edir. Mütəxəssislər çoxdan ağızdakı iltihabla ağır xəstəliklərin inkişafı arasında əlaqə müəyyən ediblər".

Alimlər, həmçinin ağız boşluğu xəstəlikləri ilə kolorektal xərçəng arasında əlaqə aşkar ediblər.

Materialda qeyd olunur ki, təhlükəli xəstəliklərin inkişaf riskini azaltmaq üçün ağız boşluğuna müntəzəm və düzgün qulluq etmək lazımdır. Ənənəvi diş fırçası ilə yanaşı, elektrik fırçası, dil təmizləyicisi və diş ipi də istifadə etmək vacibdir. Mütəxəssislər, həmçinin diş qulluğu zamanı natrium lauril sulfat (SLS) tərkibli pastalardan çəkinməyi tövsiyə edirlər.

Bundan əlavə, diş və diş ətlərinin sağlamlığı üçün kifayət qədər su içmək vacibdir - bu, selikli qişaların qurumasının qarşısını alır.

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz