hemle

Ağız və dişlərə qulluq nə üçün vacibdir?

Tarix:Bu gün, 09:39
Baxış Sayı:588



Ağız və diş sağlamlığının yalnız dişləri deyil, ümumi sağlamlığı da təsir etdiyi bildirilir. Mütəxəssislər sağlam həyat sürmək üçün ağız və diş baxımına önəm verilməsinin vacib olduğunu vurğulayırlar.

Bununla bağlı türkiyəli mütəxəssislər açıqlama verib.

Türkiyəli professor İlknur Özcan həyatın ağızdan başladığını qeyd edib: “Ağız və dişlərdəki bədxassəli şişlər kanserogen lezyonlara çevrilə bilər, buna görə erkən diaqnoz çox əhəmiyyətlidir. Xərçəngə çevrilən hallarda da erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Əhalinin yaşlanması ilə əlaqədar olaraq, ağız sağlamlığı ilə bağlı risklər artır və xüsusilə sosial-iqtisadi səviyyələri aşağı olan insanlarda bu problemlər daha yüksəkdir. Həmçinin məktəblərdə və qocalar evlərində diş müayinələrinin aparılması vacib amildir”.

Son illərdə ağız xərçənginin artdığını qeyd edən İ.Özcan bu xəstəliyin dünyada ölümlər arasında 7-ci sırada olduğunu vurğulayıb. O, premalign lezyonların erkən aşkar edilməsinin həyati əhəmiyyət daşıdığını bildirib: “Hamiləlik dövründə diş sağlamlığının əhəmiyyəti də ön plandadır. Hamiləlik dövründə diş tökülməsi baş vermir, amma hormonal dəyişikliklər nəticəsində diş ətləri həssaslaşa bilər. Hamiləlik zamanı diş ətinə düzgün qulluq edilməsi vacibdir”.

Biruni Universiteti Diş Xəstəxanası Ağız və Üz-çənə Cərrahiyyəsi mütəxəssisi Nurettin Diker, diş çürüməsinin bədəndə xroniki stressə səbəb olduğunu və bu stressin orqanizmin fiziologiyasına mənfi təsir etdiyini bildirib. O, ağız boşluğunun sağlamlığı ilə bağlı məlumatlılığın artırılmasının vacib olduğunu vurğulayıb. Sosial medianın təsiri ilə bəzi insanların estetik əməliyyatlara ehtiyacı olmadığı halda bu əməliyyatlara müraciət etdiklərini vurğulayan mütəxəssis, bu vəziyyətin bəzən xəstənin psixologiyasını düzəltməklə bağlı olduğunu bildirib. O, lazımsız cərrahiyyə əməliyyatlarından çəkinməyin vacibliyini vurğulayıb.

İstanbul Medipol Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi Duygu İlhan, şəkərli və qablaşdırılmış qidaların diş çürüməsi riskini artırdığını qeyd edib. O, sağlam dişlər üçün flüorlu diş pastası istifadəsinin vacib olduğunu və aşındırıcı xüsusiyyətləri olan diş pastalarından istifadə etmədən əvvəl diş həkimi ilə məsləhətləşmənin önəmini bildirib.

Digər xəbərlər
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi
09:24 Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
09:20 Namizədlərin irəli sürülməsi prosesi başlayır
09:18 Rusiya qüvvələri bu istiqamətdə müdafiə xəttini yardı - Hədəf Xarkovdur
09:09 Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama