hemle

5B SİNFİNİN FƏXRİ

Tarix:4-12-2024, 16:09
Baxış Sayı:768



Azərbaycanda iqtisadi, sosial tərəqqi ilə yanaşı, bədən tərbiyəsi və idman da inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə 27 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, bir neçə idman mərkəzi tikilməkdədir. İdmançılarımız ölkəmizin şərəfini yerli və beynəlxalq yarışlarda layiqincə qoruyur, bayrağımızı yüksəklərə qaldırırlar. Kikboksinq, boks, güləş, cüdo, voleybol və digər idman növlərində azərbaycanlıların qazandığı medalların sayı artmaqdadır.




Bu gün haqqında söhbət açmaq istədiyimiz Elçin Quliyev də az yaşı olmasına baxmayaraq kikboksinq idman növü ilə məşğul olan bacarıqlı idmançılarımızdan biri olacaqdır. Elçin Texniki Humanitar Liseyin 5B sinifində təhsil alır. Kikboksinq idman növü üzrə dəfələrlə birinci yerə layiq görülüb, kubok və fəxri diplomlarla təltif olunub. Elçinin idman sahəsinə bu qədər marağının olmasına baxmayaraq o dərsləri ilə də çox yaxşı məşğul olur. Bütün müəllim kollektivi və məktəb rəhbərliyi Elçinlə qürur duyur.

Bizdə 5B sinifinin sinif müəllimi Aygün Qurbanova, dəyərli şagirdləri, valideyn kollektivi və ən əsası Hemlemedia.az Xəbər Portalı adından Elçin balamıza uğur və müvəffəqiyyətlər, yeni-yeni nailiyyətlər arzu edirik. Hər birimiz bu uğurların davamlı olacağına inanırıq.






HEMLEMEDİA.AZ

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər