hemle

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi - FOTO

Tarix:16-08-2021, 16:13
Baxış Sayı:274

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

Tanınmış idman mütəxəssisi İsmayıl Abdul-Qədirov 85 yaşında vəfat edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) bununla bağlı nekroloq yayıb.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi İsmayıl Abdul-Qədirov Qafar oğlu 1936-cı il fevralın 15-də anadan olub.

O, idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə “Dinamo” idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun “Güləş və onun metodikası” kafedrasında işləməyə başlayıb.

1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, beş il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib.

1980-1990-cı illərdə isə elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib. İ. Abdul-Qədirov məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən çox idman ustalığına namizəd hazırlayıb.

1980-ci ildən başlayaraq, çalışdığı kafedraya rəhbərlik edən İ. Abdul-Qədirov 10 il bu vəzifəni daşıdıqdan sonra, uzun müddət institutun qiyabi fakültəsinin dekanı vəzifəsində çalışıb.

1991-ci ildə, elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verilib. Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru olub. İsmayıl müəllimin qələmindən neçə-neçə elmi məqalə çıxıb, 30 dərslik və tədris vəsaitinin müəllifi idi.

İ. Abdul-Qədirovun Azərbaycan idmanı, idmançı kadrların yetişdirilməsi sahəsindəki uzunmüddətli və məhsuldar əməyi dəfələrlə Ümumittifaq və respublika idman komitələri tərəfindən diplom və fəxri fərmanlarla qeyd olunub. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü olan görkəmli idman xadimi, 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülüb.

2010-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı