hemle

BİR DAHA RAMİL SƏFƏROVUN İŞİ BARƏDƏ – ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR

Tarix:29-05-2020, 10:08
Baxış Sayı:488

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı məndə qəribə, ikili duyğular oyatdı və səmimi olaraq deyim ki, onu oxuyarkən təəssüf hissi keçirdim. “Makuçyan və Minasyanın Azərbaycana və Macarıstana qarşı” işi əslində azərbaycanlı zabitin Macarıstandan ölkəmizə ekstradisiyası ilə bağlıdır.

Hüquqşünasların diqqətlə araşdırıb Avropa İnsan Haqları Məhkəməsinin qərarı barədə daha səlahiyyətli, dolğun izah verəcəklər. Qərarla bağlı ilkin məlumatları, xüsusilə erməni tərəfinin şərhlərini oxuyarkən ağlıma gələn bu oldu: Əgər ədalət adına çıxarılmış qərar məndə sual doğurursa, deməli, o heç də mükəmməl deyil. Və həqiqət , ədalət əslində müqayisədə öz gerçək dəyərini alır. Təsadüfi deyil ki, ədalət məhkəməsinin rəmzi olan gözübağlı Femidanın əlində tərəzi, gözləri isə bağlıdır, heç nəyə rəğmən yaxşını, pisi müqayisə edib qərəzsiz hökm verir.

2004-cü ildə Azərbaycan zabiti Ramil Səfərov Macarıstanda zabit kurslarında iştirak edirdi. Ancaq həmin kurslarda iştirak edən erməni hərbçisinin təxribatı gənc Azərbaycan zabitinin taleyini tamamilə dəyişdi. Azərbaycan bayrağına həqarət etmiş erməni zabitinin tərbiyəsizliyini baş leytenantımız bağışlamadı, onu qətlə yetirdi və Budapeşt Şəhər Məhkəməsi tərəfindən 2006-cı ildə azadlıqdan məhrum olundu.

Ermənistanda hadisə ilə bağlı geniş şivən qoparmasaydılar, bəlkə də, bu hadisə Azərbaycanda bu qədər geniş rezonans doğurmazdı. İrəvanda Budapeşt olayından beynəlxalq aləmdə şou düzəldib Azərbaycana qarşı ittihamlar səsləndirdilər. Halbuki ermənilər tərəfindən minlərlə bundan qat-qat ağır, bağışlanmaz cinayətlər törədilib.

Ramil Səfərov Azərbaycan bayrağına həqarət etmiş erməni zabitini öldürmüşdü. Əgər azərbaycan zabiti erməni hərbçinin bu hərəkətini cavabsız qoysaydı, ona necə baxardıq?

Bəs ermənilər milli, etnik zəmində hansı cinayətləri törədiblər? Azərbaycanlıları öz dədə-baba torpaqlarından qovarkən onlara qarşı ermənilərin törətdiyi amansız cinayətlərə görə bu gün insan haqlarından dəm vuran rəsmi İrəvan hüquq müstəvisində bir tədbir gördümü, hansısa bir cinayətkar məhkum olundumu? Xeyr!

Əksinə, dünyada türklərə və azərbaycanlılara qarşı törədilmiş qanlı terror hadisələrinə, bu gün heç kimə sirr deyil ki, Ermənistanın rəsmi dairələri gizlin və açıq formada rəvac veriblər.

Anasını girov saxlamaqla Azərbaycan vətəndaşı Azər Aslanovu Bakı metrosunda dəhşətli terror törətməyə Ermənistanın xüsusi xidmət orqanları (erməni “humanisti”, publisist Zori Balayanın bilavasitə iştirakı ilə) məcbur etmişdilər və bu məhkəmə zamanı təsdiqini tapmışdı.

Bu gün milyona yaxın azərbaycanlını Ermənistan rəhbərliyinin aqressiv, qeyri-insani siyasəti öz yurd-yuvasından didərgin salıb, hüquqları kobudcasına tapdalanıb. Bir milyon insanın hüquqlarının pozulmasına dünya göz yummaqdadır, niyə beynəlxalq hüquq susur? Bu, beynəlxalq hüququn ikili standartlardan xali olmadığını göstərmirmi? Bu siyasət dünya siyasətində mövcud olan ikiüzlü siyasətə bariz nümunə deyilmi?

Uzağa getmək nəyə lazım? Bütün erməni vəhşiliklərinin xaç atası, erməni faşizminin baş ideoloqu, XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda dinc soydaşlarımıza qarşı qırğınlar törətmiş Qaregin Ndeyə, bütün dünyada narazılıq bildirilməsinə, müharibə veteranlarının çoxsaylı müraciətlərinə baxmayaraq, İrəvanın ən görkəmli yerində heykəl yapılarkən prezident Serj Sarkisyanın və digər dövlət rəsmilərinin iştirak etməsi göstərdi ki, bu ölkədə nasizm dövlət səviyyəsində dəstəklənir.

Türkiyənin dövlət xadimi Tələt paşanı terror törətməklə öldürmüş Soqomon Teyleryanın bu ölkədə qoyulmuş abidəsi isə əslində milli, etnik dözümsüzlüyün zirvəsi hesab edilər. Abidədə erməni cani ayağını Tələt paşanın kəsilmiş başının üstünə qoymuş şəkildə təsvir edilib.

Bu siyahını uzatmaq da olar. Beynəlxalq hüququn qınamalı olduğu bu kütləvi cinayət əməllərinin, njdeizmin fonunda ermənilərin Ramil Səfərov məsələsində şivən qoparması heç cür adekvat sayıla və ilk növbədə ölkəmizdə haqlı qıcıq yaratmaya bilməzdi. Ona görə Azərbaycan rəhbərliyinin Avropa Konvensiyasına uyğun olaraq Macarıstandan səkkiz il məhbəs həyatı yaşamış azərbaycanlı zabitin 2012-ci ildə ölkəmizə ekstradisiyasına nail olması o zaman ürəyimizdən tikan çıxarmışdı. Hər şey müqayisədə öz həqiqi dəyərini alır!

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı barədə mühakimə yürüdərkən ağlıma ilk gələn bu oldu: Əgər ədalət adına çıxarılmış qərar məndə sual doğurursa, deməli, o heç də mükəmməl deyil. Və həqiqət, ədalət əslində müqayisədə öz gerçək dəyərini alır. Təsadüfi deyil ki, ədalət məhkəməsinin rəmzi olan gözübağlı Femidanın əlində tərəzi, gözləri isə bağlıdır, heç nəyə rəğmən yaxşını, pisi müqayisə edib qərəzsiz hökm verir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ