Əziz həmvətənlərimiz!
Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərova görə Azərbaycana qarşı qəbul etdiyi qərar ƏDALƏTSİZDİR!!!.
Qərarda deyilir “Azərbaycan tərəfi erməni milliyətindən olan ərizəçilərə- şikayətçilərə (Makuçyan və Minasyan) 15 min 143,33 funt sterlinq təzminat ödəməlidir.”
Bu Azərbaycan Dövlətinə qarşı siyası təzyiqdir. Ermənistanın Azərbaycana qarşı yüz illərdir davam edən düşmənçilik siyasətindən Avropa yetgililəri xəbərsizdirlərmi? ƏSLA!
Yüz illərdir davam edən soyuq müharibənin davamı olaraq 21-ci əsrin sonlarına yaxın Ermənistanın Azərbaycana elan olunmamış silahlı müharibəsi başlayıb. Bu müharibənin nəticəsində bir milyon soydaşımız yurd-yuvasından didərgin düşüb və onların yaşamaq, təhsil almaq, sağlamlığını qorumaq hüquqları pozularaq ümumilikdə milyardlarla dollarlıq maddi, ölçüyə gəlməyən mənəvi zərərə məruz qalıblar. Tarix mədəniyyət abidələrimiz, təhsil ocaqlarımız, qəbristanlıqlarımız dağıdılıb və çox hallarda özününküləşdirilib.
Avropa Məhkəməsi konvensiyaları, qərarları, insan haqlarının qorunmasını vacib hesab edirsə, haqqı, hüququ pozulmuş bir milyon beş yüz min ( 28 il ərzində beş yüz min qaçqın övladımız dünyaya gəlib) Azərbaycan vətəndaşının hüquqlarını nəyə görə nəzərə almır? Dünyanın tanıdığı Azərbaycan dövlətinin əraziləri Ermənistan tərəfindən işğal edilib, on minlərlə vətəndaşımız qətl edilib. 30 ilə yaxın bir zamanda Azərbaycanın ərazi bütövlüyü bərpa edilmir, vətəndaşlarımızın yurdlarına qaytarılmasına süni maniyələr yaradılır. Ermənistan tərəfindən Azərbaycanda, Qarabağda Artsax adlı terror yuvası yaradılıb. Məgər Avropa bunu görmürmü?
Avropa Məhkəməsi bu günlərdə Azərbaycan əleyhinə çox ədalətsiz qərar qəbul edib. Azərbaycanın zabiti Ramil Səfərovun erməni zabitini öldürməsini Ermənistan Xüsusi Xidmət orqanları təşkil etmişdir. Belə ki, dünyanın heç bir yerində zabit ölkəsinə düşmən hesab etdiyi ölkənin bayrağını özü ilə gəzdirmir. Ermənistan Xüsusi Xidmət İdarəsi öz vətəndaşını, öldürülmüş zabiti Ramil Səfərovu təhqir etməyə təhrik edərək Azərbaycan bayrağı ilə ayaqqabısını silmək tapşırığını verib. Ermənistan siyasi oyunda öz zabitini şahmat taxtasının piyada fiquru kimi qurban verərək Azərbaycan zabitini cinayətə sövq etməyi planlaşdırdı. Ramil Səfərovun kiçik yaşlarından ermənilər tərəfindən bütün hüquqları pozulduğunu, 28 nəfər yaxın qohumunun ermənilər tərəfindən öldürüldüyünü və onun ermənilərə nifrət etdiyini bilən Ermənistan Xüsusi Xidmət İdarəsi Ramil Səfərovla bağlı xüsusi plan həyata keçirərək Azərbaycana zərbə vurdular.
Biz Ramil Səfərovu cinayətkar hesab etmirik. Bütün dünyanın tanıdığı Müstəqil dövlətimizin üç rəngli Azərbaycan bayrağı bizim üçün canımızdan, qanımızdan, Ermənistan dövlətindən və hökumətindən çox qiymətlidir. Azərbaycan hökuməti də haqlı olaraq Ramil Səfərovu şərəfli zabit kimi dəyərləndirdi.
Avropa özünün iki üzlü siyasəti ilə İlham Əliyevi məcbur etdi ki, Ramil Səfərovla bağlı, xalqımızın ürəyindən olan Əff qərarı versin. İlham Əliyevin başqa seçimi olmadı. Dövlətin, ordusunun, zabitinin şərəfini qorumalı idi. Biz müharibə veteran qadınlar, analar olaraq Azərbaycan xalqını, qaziləri səsləyirik. İlham Əliyevin Ramil Səfərovla bağlı qərarının müdafiəsinə qalxaq. Biz Avropanın iki üzlü, yüz sifətli siyasətinə qarşıyıq.
Biz haqqı pozulmuş, vətəni erməni və rus birləşmələri tərəfindən işğal edilmiş bir xalq, bir dövlət kimi haqqımızı, Qarabağın erməni və rus işğalından azad edilməsini tələb edirik və AVROPA MƏHKƏMƏSİNİ qınayırıq.