hemle

Qarabağın işğalı nəticəsində Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqda “Onlar İtmək İstəmirdilər” adlı filmin çəkilməsi və dünyaya yayılması adlı layihənin icrasına başlanıdı.

Tarix:26-08-2019, 14:20
Baxış Sayı:643

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin layihəsinə start verildi.
Qarabağ müharibəsidə erməni və rus orduları tərəfindən girov götürülmüş, təcavüzə və işgəncələrə məruz qalmış, təcavüzdən dünyaya gətirdikləri övladları əllərindən alınıb çirkin məqsədələrdə istifadə edilən Azərbaycan qadınlarının vəziyyətindən, dünyanın bu cinayətə münasibətindən bəhs ediləcək layihənin icrasında məqsədimiz qarabağlıların şahidlər kimi dünyaya tanıdılması Qarabağın işğaldan azad edilməsində dövlətə dəstək verməsindən bəhs edilir.
Uzun illərdir Azərbaycanın ərazisi və Azərbaycan türklərinin ata baba yurdu olan Dağlıq Qarabağın azad edilməsinə böyük güclərin ikili münasibətinin davam etməsi Azərbaycan ərazilərinin işğalda qalmasına səbəb olub. Əslində Azərbaycan dünya konvensiyalarına qoşulmuş bir dövlətdir. Götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır. Lakin ərazilərimizin işğaldan azad edilməsinin yolunda əngələ çevrilmiş ATƏT və digər Beynəlxalq təşklilatlar Ermənistanın tərəfindən çıxış etməklə Azərbaycanın dünya miqyasında olan nüfuzuna xələl gətirməyə çalışırlar. Beynəlxalq təşkilatlar qarşısında böyük əhəmiyyəti olan tutarlı faktlarla cıxmaq vacibdir. İldə bir neçə dəfə Azərbaycana səfər etməklə işlərini bitmiş hesab edən ATƏT nümayəndələri vətənimizin işğalda qalmasının, xalqımızın və dövlətimizin güzaranına nə qədər mənfi təsir etdiyini bilərəkdən vətənimiz Qarabağın azad edilməsini gün gündən gecikdirilməsinə səbəb olurlar. Azərbaycan xalqının ciddi şəkildə narahatlığına, narazılğına səbəb olurlar. Eyni zamanda Ermənistanın Azərbaycana elan etmədən başlatdığı müharibənin nəticəsində girovluqda olan Azərbaycan vətəndaşlarının o cümlədən qadınların işgəncəyə təcavüzə məruz qalaması, uzun illər onların azad edilməməsi xalqın ciddi narazılığına səbəb olduğu üçün layihəmizin ictimai əhəmiyyəti böyükdür. Bu günə qədər Qarabağdan ermənilər trəfindən girov götürülmüş insanların yaxınları rəsmi olaraq dünyada fəaliyyət göstərən insan haqları təşkilatlarına müraciət etməməsinin nəticəsində girovluqda olan azərbaycanlıların hüquqlarının müdafiəsinin təşkilidə ciddi problem yaradır. Layihənin faklara və detallara söykənərək icrası həyata keçiriləcəkdir.
Layihənin rəhbəri Radə Abbas.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR