hemle

BEHBUDOVUN MAHNISI OĞURLANDI: QIZI ÇAĞIRIŞ ETDİ – VİDEO

Tarix:27-05-2020, 22:37
Baxış Sayı:527

Alban müğənnisi Rovena Dilo Azərbaycanın korifey sənətkarı Rəşid Behbudovun “Sənə də qalmaz” mahnısının müəllif hüquqlarını pozub.

ONN media xəbər verir ki, bu barədə Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat yayıb.

O bildirib ki, R.Dilo görkəmli bəstəkarımız Tofiq Quliyevin xalq şairi Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur “Sənə də qalmaz” mahnısını ifa edərək Yutub kanalında yayımlayıb və mahnının müəllifinin Edison Miso adlı alban bəstəkarı olduğunu qeyd edib.

Rəşidə Rəşid bunu Azərbaycan musiqisinə hücum kimi qiymətləndirib:

“Sizdən xahiş edirik ki, mahnıya “dislayk” qoyasınız. Biz bu hallarla birgə mübarizə aparmalıyıq. Öz tərəfimizdən, Rəşid Behbudov Fondu tərəfindən və “Rashid Behbudov Official” Yutub kanalı adından bütün aidiyyəti instasiyalara müraciətlər hazırlayıb göndəririk”.(kult.az)

ONN İnformasiya Agentliyi

[media=https://www.youtube.com/watch?v=VUt7DmfBcWo]

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır