hemle

3 may türkçülük gününün tarixi. Əntiqə Rəşid yazır.

Tarix:3-05-2020, 20:18
Baxış Sayı:1 181

1944-cü il martın 1-də Nihal Atsız Şükrü Saracoğluna açıq məktub yazaraq solçu kəsimlərin artdığını və dövlətə ziyan vurduğunu qeyd edir və bir neçə insanın da adını çəkir. Bu məktubdan sonra solçu şair Səbahəddin Əli Nihal Atsızı onu təhqir etdiyi iddiası ilə məhkəməyə verir. Qeyd edək ki, Atsız məktubda Səbahəddin Alini kommunist adlandırmışdı. 3 may 1944-cü ildə məhkəmədə təhqir davasının ikinci baxışı zamanı bir qurup tələbə məhkəmə önünüdə Atsıza dəstək məqsədi ilə nümayiş keçirdirlər. Bu nümayişdə 165 tələbə həbs olunur.

1945-ci il 3 may tarixində Tophanedəki əsgəri cəza evində Nihal Atsız, Zeki Velidi Togan, Nejdat Sencer öndərliyində bir qurup türkçü məhbus tələbələrin Ankara nümayişini anırlar. Bu hadisə tarixə türkçülük günü kimi düşür və millətçilər tərəfindən hər il bayram kimi qeyd edilir.3 mayı bayramı kimi görən hər kəsin bayramı mübarək olsun.

Bozqurd İşarəsinin kökəni

Qərbə köç edənlər; Hun, qıpçaq və Peçeneq Türkləri bu işarədən "Mən Türkəm" mənasında istifadə etmişlər. Min illər bundan əvvəl türklər əlləri ilə “bozqurd işarəsi” göstərərək, kimliklərini bildirirdilər. X əsrdə şair Firdovsinin Şahnaməsində Bozqurd işarəsi göstərən Türk qadınların miniatürü vardır. Bozqurd işarəsinin İslam öncəsi Göytürk dönəmində və digər türk dövlətlərində türk xanlarının zəfər işarəsi olması mağaralarda tapılan VI əsrə aid “Türk Xanı Heykəli” ilə az da olsa sübut olundu.
Bozqurd salamını Türkiyədə ilk dəfə 1980-cı ildə Ankaraya gələn Qaqauz Mədəniyyət Naziri Maria Marunoviç istifadə etmişdir. Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeş 1992-ci ildə Azərbaycanda iştirak etdiyi “Türkçülük Günü”ndə Əbülfəz Elçibəylə birlikdə bu işarəni istifadə edərək, xalqı salamlamışdır. Bu hadisədən sonra Bozqurd salamı Türkiyədə daha çox tanınmağa və istifadə olunmağa başlamışdır.
Bozqurd işarəsi türkün öz salamıdır. Alparslan Türkeşin Bozqurd işarəsinə verdiyi məna belədir:

* sərçə barmaq – türklük

* işarə barmağı – islamiyyət

* bozqurd işarəsinin arasında qalan məsafə - cihan

* üç barmağın birləşdiyi nöqtə - möhür

* nəticə: türk-islam möhürünü dünyaya vuracağıq !



Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ