Mesencerimə məni hədsiz dərəcədə qəmə-qüssəyə qərq edən bir məktub gəlib! Ağdam rayonu (Əvvəllər Ağdərə rayonu) Umudlu kənd sakini hazırda Tərtər rayonu Mamırlı kənd yol kənarında məskunlaşmış Zeynalov Vüsal acınacaqlı şəraitdə yaşadıqlarını yazıb. 75 yaşlı xəstə anası ilə 26 ildir o ucuq daxmada yaşayan Vüsalgilə niyə indiyə qədər ev verilmədiyini soruşduq. O söylədi ki, biz köckün olaraq hazırda Tərtər rayon ərazisində məskunlaşmışıq! Və bizə də ev veriləcəyini düşünüb xeyli sevinmişdik. Köchacöc zamanı aydın oldu ki, ətrafımızda hamı evlə temin olunsa da, bizə ev verilməsindən imtina edilib... Maraqlananda isə gülünc-gülünc mənasız sübutlar gətirməyə başladılar! Guya mən kommunalı Bərdə rayonuna ödəyirəm, mənim ev meselemdə Bərdə rayon icra hakimiyyətində həll olunmalıdır. Maraqlıdır, bəs mənimlə qapıbir qonşu olanlar hara ödeyirdilər? Təbii ki hamımız.- o ərazidə yaşayanların hamısı mən kommunalı hara odəyirəmsə ora ödəyirdilər."
Vüsal carəsiz durumda olduğunu ürək ağrısı ilə bildirərək həmdə söylədi ki, "yuxarılarda" adamımız yoxdu, ümumiyyətlə kimsəmiz yoxdu:" Nə də hay-küy salıb, dava edib ev tələb eləməkdə əlimdən gəlmir. Bu ucmağa hazır daxmada anama bir şey olsa hamının gözü qarşısında intihar edəcəyəm! Axı mən Azərbaycan vətəndaşıyam, köckünəm, carəsizəm... Mənə düşəcək ev necə oldu axı...?"
Burdan üzümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Ağdam rayon icra hakimiyyəti və Tərtər rayon icra hakimiyyəti başcılarına tuturam: Vüsalın əli silah tutur. Gəncdir. Sabah müharibə başlasa, səfərbərlik olsa sizi əlinə silah götürərək o qoruyacaq! Onun problemi ilə məşğul olun! Elə hərəkət etməyin ki belə insanlar canlarına qıysınlar! Cavabınızı gözləyirik!