hemle

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "8 Noyabr Zəfər Günü" və "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş "Bayrağın dalğalandı o müqəddəs torpaqlarda, Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi

Tarix:7-11-2024, 19:59
Baxış Sayı:639

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərin ifasında "Sənə zəfər yaraşır, Azərbaycan!" ,"Zəfər Günün mübarək!" adlı kompozisiyaları, "Ucalacaq bayrağın!","Xudayarın təsnifi","Qarabağ", "Şuşanın dağları", "Yaşa, Azərbaycan!" adlı mahnılar və rəqslər təqdim olundu.Məktəbin direktoru Mehriban xanım Ələkbərova tədbirdə çıxış edərək bu qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə,igid,qəhrəman əsgərlərimizə,qazilərimizə minnətdarlıq hisslərini bildirmiş,yaralılara Allahdan şəfa,şəhidlərimizə rəhmət söyləmişdir.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər,hərbiçi ailələri və qazilər iştirak edirdi.
"QARABAĞ AZƏRBAYCANDIR!"




Digər xəbərlər
14:38 MOSKVADAN GERÇƏK BİR XATİRƏ
14:32 Ən pis günün belə olsun, ad günün mübarək şirin nəvəm
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq