hemle

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir.

Tarix:5-04-2024, 17:00
Baxış Sayı:571

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir.

05.04.2024-cü il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərin ifasında aprel hadisələrinə,o cümlədən,aprel şəhidi olan məktəbimizin məzunu Cabbarxan Hacıağayev və məktəbimizin tarix müəllimi Ayşən Qarayevanın qardaşı aprel şəhidi Fərman Əsədliyə həsr olunmuş kompozisiya və videoçarxlar nümayiş etdirildi.Ayşən Qarayeva qardaşı haqqında xatirələrini danışdı.Daha sonra məktəbin tarix müəllimi Mətanət Əliyeva "Aprel döyüşləri böyük qələbəmizin başlanğıcı" mövzusunda öz çıxışını etdi. Tədbirin sonunda "Aprel döyüşləri" adlı mahnı səsləndi.
Tədbirdə məktəb rəhbərliyi,müəllimlər,şagirdlər,
valideynlər və digər qonaqlar iştirak edirdi.






Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?