hemle

“Müstəqilliyimiz milli sərvətimizdir”

Tarix:24-05-2024, 13:45
Baxış Sayı:777

“Müstəqilliyimiz milli sərvətimizdir”
Mayın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Yasamal rayon 158 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 28 May -Müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirildi.
Tədbirdə Yasamal rayon 158 nömrəli tam orta məktəbin direktor müavini Nəzakət Cəfərova, tarix müəllimi Mətanət Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələri və şagird kollektivi iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva tədbiri giriş sözü ilə açaraq Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verdi.Qeyd etdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın dövlətçilik yolunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.
Yasamal rayon 158 nömrəli məktəbin direktor müavini Nəzakət Cəfərova, tarix müəllimi Mətanət Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən bəhs etdilər.
Tədbirdə 158 nömrəli məktəbin şagirdlərinin 28 May–Müstəqillik günü ilə əlaqədar hazırladıqları videoçarx təqdim olundu.
Tədbirin bədii hissəsində Müstəqillik gününə həsr olunmuş çıxışlar, şeirlər və məktəbin şagirdi Əbülfət Həsənovun və xor qrupunun ifasında “Azərbaycan bayrağı”, “Ulu öndər”, “Yaşa mənim xalqım” və “Azərbaycan” mahnıları ifa olundu.
Sonda tədbir iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin müasir Azərbaycana və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdikləri sərgi ilə tanış oldular.




Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı