Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Bunu şəhər meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 6-sı uşaqdır.
“Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”, - deyə Kliçko qeyd edib.