hemle

Alim Bayel: "Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək"

Tarix:25-07-2024, 14:30
Baxış Sayı:647

Alim Bayel: "Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Qazaxıstandan Azərbaycana keçəcək".
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu gün səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.

"Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edən iki sülhsevər ölkədir. Buna AQEM çərçivəsində ölkələr arasında əməkdaşlığı nümunə göstərmək olar. Noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM-ə sədrlik Qazaxıstandan Azərbaycana keçəcək", - o bildirib.

Səfir, həmçinin, qeyd edib ki, ölkələr arasında iqtisadiyyat, enerji, turizm, təhlükəsizlik və bir çox digər sahələrdə əlaqələr inkişaf edib.

Xatırladaq ki, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-26-cı illər üzrə AQEM sədri seçilib.

Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilatın yaradılması idi.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər