hemle

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Tarix:20-04-2024, 15:20
Baxış Sayı:644

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.

“Report” xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında, həm də ölkələr arasında etimadı gücləndirmək üçün 40-a yaxın ölkədən yüksəksəviyyəli nümayəndələri bir araya gətirəcək.

Tədbirdə 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində kəsişən mövzulara diqqət yetiriləcək.
Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Bilik Mərkəzinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin COP28 sədrliyi, Azərbaycanın COP29 sədrliyi və Braziliyanın COP30 sədrliyindən ibarət COP Sədrlikləri Üçlüyü Almaniyanın ev sahibliyi etdiyi 15-ci Petersberq İqlim Dialoqu zamanı baş tutacaq toplantılar və digər tədbirlər də daxil olmaqla, milli olaraq müəyyən edilmiş töhfələrin inkişafına maneələri qiymətləndirmək üçün bir sıra yüksəksəviyyəli siyasi toplantılara ev sahibliyi edəcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir