hemle

Britaniyalı ekspert: “COP iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin müzakirəsi üçün mühüm platformadır”

Tarix:27-03-2024, 18:42
Baxış Sayı:299

Britaniyalı ekspert: “COP iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin müzakirəsi üçün mühüm platformadır”

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının illik sessiyaları iqlim dəyişikliyi ilə mübarizənin aktual məsələlərinin müzakirəsi və bunun həlli yollarının tapılması üçün mühüm platformadır”.

Bu barədə “Report”a açıqlamasında bərpa olunan enerji üzrə britaniyalı ekspert Nik Mediç deyib.

Onun sözlərinə görə, bu sessiyalar olmasaydı, iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə heç bir irəliləyiş əldə olunmazdı.

Ekspert bildirib ki, beynəlxalq ictimaiyyət bu platformadan görülən işlərin nəticələrini qiymətləndirmək, yeni məqsədləri müəyyən etmək və görülməli olan tədbirlər barədə danışıqlar aparmaq üçün istifadə edə bilər:

“Bu günə kimi ildə bir dəfə olmaqla 28 belə tədbir keçirməyimiz beynəlxalq ictimaiyyətin onlara nə qədər ciddi yanaşdığını göstərir”.

Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntilərdən danışan N.Mediç xatırladıb ki, sessiya zamanı müzakirə olunacaq dəqiq gündəlik hələ məlum deyil, çünki adətən dörd ay əvvəl elan edilir:

“Düşünürəm ki, COP29 ekoloji və sosial-iqtisadi davamlılığı təmin etməklə yanaşı, bütün dünyada enerjiyə yaşıl keçidi sürətləndirmək üçün Paris Sazişinin müddəalarını gücləndirməyə imkan verəcək”.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR