hemle

BMT-nin İqlim Dəyişmələri Konfransında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Tarix:20-11-2023, 18:32
Baxış Sayı:140

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də ilk dəfə olaraq pavilyonla təmsil olunacaq.

Noyabrın 30-dan dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edəcək.

İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
COP28-də 200-ə yaxın ölkənin nümayəndələri bir araya gələrək qlobal iqlim fəaliyyətini əlaqələndirəcək. Tədbirin keçiriləcəyi ərazi iki zonadan ibarətdir: “Mavi zonada” akkreditasiyadan keçmiş nümayəndə heyətləri iki həftə ərzində rəsmi danışıqlar, iqlim sahəsində fəaliyyətlə bağlı Ümumdünya sammitində, panel müzakirələr, dəyirmi masalar, mədəni tədbirlərdə iştirak edəcəklər. İştirakçı ölkələrin pavilyonları da məhz “Mavi zona”da fəaliyyət göstərəcək. “Yaşıl zona” isə hər kəsə açıq olacaq və dialoqların qurulması, iqlim dəyişikliyi sahəsində məlumatlığın artırılması üçün platforma sayılır.

BMT-nin İqlim Dəyişmələri Konfransının 28-ci sessiyası insanları tədbirlər, sərgi və qlobal təşəbbüslər vasitəsilə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə istiqamətində birləşdirən platformaya çevriləcək

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR