hemle

15 may Beynəlxalq İqlim Günüdür

Tarix:15-05-2021, 13:13
Baxış Sayı:291

“İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır”.

Bunu 15 may-Beynəlxalq İqlim Günü ilə bağlı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri Fuad Hümbətov bildirib.

O qeyd edib ki, bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir.

F. Hümbətovun sözlərinə görə, hesablamalara görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər: “12 dekabr 2015-ci ildə imzalanmış İqlim Dəyişmələri üzrə Paris Razılaşmasında bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin sənaye dövründən əvvəlki göstərici ilə müqayisədə 2 dərəcə C keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə C-dən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəlib. Azərbaycan Respublikası Paris Sazişinə qoşularaq onu 28 oktyabr 2016-cı ildə ratifikasiya edib. Məhz bu sazişin 4-cü maddəsindəki öhdəliyə uyğun olaraq, Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr üzrə sənədini 2015-ci ilin oktyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyinə rəsmi şəkildə təqdim edib”.

F.Hümbətov bildirib ki, bu sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə olaraq, Azərbaycan 1990-cı il, yəni ”baza ili” ilə müqayisədə 2030-cu ildə İstilik Effekti Yaradan Qazların 35 faiz azalmasını hədəf kimi götürüb:

“Azərbaycanda adambaşına düşən emissiyalar 6.3 ton CO2 ekvivalenti, udulmaları nəzərə alınmaqla netto emissiyalar 5.6 ton CO2 ekvivalent təşkil edib. Qeyd etmək lazımdır ki, 2016-ci ildə dünya üzrə orta hesabla adambaşına netto emissiyalar 6 ton CO2 ekvivalenti olub. Müqayisə üçün bildirim ki, Almaniya və Avstriya kimi inkişaf etmiş ölkələrdə bu rəqəmlər müvafiq olaraq 9.79 ton və 7.74 ton CO2 ekvivalent təşkil edir”.

Onun sözlərinə görə iqlim dəyişmələri ilə bağlı problemin aktuallığı nəzərə alınaraq, hələ 1997-ci ildə Heydər Əliyev tərəfindən ölkəmizdə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam verilmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Dövlət Komissiyasının fəaliyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı