hemle

İçərişəhərlə bağlı yeni məhdudiyyət

Tarix:2-06-2025, 15:33
Baxış Sayı:501

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Trend”ə bildirilib ki, yeni tənzimləməyə əsasən, qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

“Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür”, - məlumatda bildirilib.

Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir: “Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə qoruq ərazisinə daxil olunmaması xahiş olunur”.

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi