hemle

102 evdən ibarət bu kəndin sakinləri üçün qazsızlıq problemi tarixə qovuşdu

Tarix:24-05-2024, 19:00
Baxış Sayı:770

102 evdən ibarət bu kəndin sakinləri üçün qazsızlıq problemi tarixə qovuşdu
102 evdən ibarət bu kəndin sakinləri üçün qazsızlıq problemi tarixə qovuşdu

Bu günədək Masallı rayonunda baş tutan aksiyalara Məmmədrzaküçə kəndindən qatılan sakinlərin tək istəyi mavi yanacaqla təmin olunmaq idisə, bu gün adıçəkilən kənddə təşkil olunan tədbirdə sakinləri bir araya gətirən səbəb təbii qazın verilişi olub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı və Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi mavi yanacağın verilişi ilə bağlı abonentləri təbrik etdikdən sonra qazdan təhlükəsiz istifadə qaydalarını da vətəndaşların diqqətinə çatdırıblar.
Mikrofon önünə çıxan sakinlərin hər biri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qaz açılışının davamı olaraq SOCAR-ın "Azəriqaz" İB-nin hesabına qazlaşdırılan qazi ailəsinin fərdi yaşayış evinə baxış keçirilib, təbii qazın verilişi təmin olunub.
Qeyd edək ki, "Azəriqaz" İB-nin daxili imkanları hesabına 3154 metr polietilen borularla yeraltı orta təzyiqli daşıyıcı, 7290 metr müxtəlif diametrli yerüstü polad borularla paylayıcı qaz xətləri çəkilib. Kəndə təbii qazın verilməsi ilə 102 fərdi evdə 750-yə yaxın kənd sakininin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin edilib.
Ətraflı video materialda:
[media=]

Digər xəbərlər
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?