hemle

Zövnə sakinlərini bayramda daha da sevindirən qaz açılışı — VİDEO

Tarix:20-03-2024, 18:40
Baxış Sayı:178

Zövnə sakinlərini bayramda daha da sevindirən qaz açılışı — VİDEO

Lerik rayonunun Zövnə kəndi çətin relyef şəraitinə baxmayaraq SOCAR-ın “Azəriqaz” İB tərəfindən qazlaşdırılan növbəti yaşayış məskəni olub. Özü də Novruz bayramı ərəfəsində. Bayramlarına bayram qatan təbii qazın açılışını etmək üçün Birliyin məsul şəxsləri adıçəkilən kənddə olublar.

Mavi yanacağın verilişi təmin edildikdən sonra Zövnə kəndində yaşayan şəhid ailələrinə baş çəkilib, onların qayğıları ilə yaxından maraqlanılıb.

Qeyd edək ki, 32 evdən ibarət Zövnə kəndində şəhid və qazi ailələrinə məxsus 4 ev SOCAR-ın “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılıb.

Həyata keçirilən qazlaşdırma işləri çərçivəsində müxtəlif diametrli borularla ümumilikdə 6500 metrə yaxın qaz xətti çəkilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir