hemle

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olub

Tarix:11-03-2024, 21:42
Baxış Sayı:12

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olub

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şuranın sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olublar. Əvvəlcə zavodun fəaliyyət istiqaməti və istehsal edilən məmulatlar haqqında ətraflı məlumat verilib. Daha sonra İctimai Şura üzvləri  müasir texnoloji avadanlıqlarla təchiz edilmiş 6000 kvadrat metr ərazi ilə yaxından tanış olublar. Zavodda çalışan 200-dən çox işçinin fəaliyyətinə əyani şahidlik edilib, iş şəraitləri ilə maraqlanılıb. Sonda qaz sayğaclarının istehsal edildiyi bölməyə baş çəkilib. Sayğacların hazırlanması proseduru əvvəldən sonadək izlənilib. İctimaiyyətdə sonradan ödənişli (mexaniki tipli) sayğaclarla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığına əyani şəkildə bir daha əmin olunub.
Xatırladaq ki, SOCAR-ın “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında ötən ilin oktyabrında müqavilə imzalanıb. Müqavilə “Azəriqaz” İB-nin "Gəncə Cihazqayırma Zavodu" ASC tərəfindən yerli istehsal olan qaz sayğacları ilə təmin edilməsini nəzərdə tutur.








Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir