hemle

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura üzvləri Gəncə RQİİ-də

Tarix:7-03-2024, 20:43
Baxış Sayı:4

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura üzvləri Gəncə RQİİ-də

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şuranın sədri və üzvlərinin paytaxtdan kənar ilk səfəri  ölkənin 2-ci ən böyük şəhəri olan Gəncəyə baş tutub. İctimai nəzarəti həyata keçirən Şura üzvləri səfər çərçivəsində Gəncə Regional qaz istismarı İdarəsində olublar. Əvvəlcə İdarənin şöbələri tək-tək ziyarət olunaraq əməkdaşların iş şəraiti, onları narahat edən problemlər və istehlakçılar tərəfindən ünvanlanan müraciətlərin statistikası ilə maraqlanılıb. Bildirilib ki, SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura tək istehlakçıların deyil, həm də Birliyin əməkdaşlarının hüquqlarının qorunmasına xidmət edir.
Şöbələrlə tanışlıqdan sonra Gəncə RQİİ-nin xidmət sahələrinin rəisləri ilə görüş baş tutub. Görüş çərçivəsində xidmət sahələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qaz təchizatında üzləşilən çətinliklərdən danışılıb. İctimai Şura üzvləri öz növbəsində təkliflərini xidmət sahəsi rəislərinin diqqətinə çatdırıblar.




Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat