İllərdi qarşısında susub durduğum bir məzar var. Bəzən dəli kimi
qışqırıb ağladığım, bəzən də hıçqırığımı için-için udduğum anlar yaşadığın... İllərim, aylarım, günlərim,
saatlarım yanında keçən məzar...
... Mən dərdi Qardaşımın qara
tabutunda gördüm ilk dəfə. Qasırğa kimi ruhumu dağıtdı. Dünyamı
pərən-pərən etdi. Nəğmələr, sevinclər qopuq-qopuq töküldü... Özümlə
yadlaşdım, dərdlə doğmalaşdım.
Urəyim sızıldadı. Və anladım ki, bu
sızıltı dərdin səsidir. Heç vaxt bitməyəcək, getməyəcək dərdin səsi... Anamın saçlarını bir gecədə ağartdı
bu dərd... Qara örpəklə üstünə çökdü. Hələ o zamanlar dərdin böyüklüyündən çox onun ruhuma verdiyi agrını, acını dərk etməyə çaba göstərdim. Dərk etməklə bitib qurtarmırdı dərd... Və beləcə dərdimi ovutmağa
başladım... məni, ruhumu çox incitməsin... Bu dərd gələli hər şey küsdü
bizdən. Gündəlik vərdişlərimiz də... Atamın, anamın doğmalaşdığıni gördüm dərdlə...
... Qarşısında ağladığım məzar heç danışmadı mənimlə... Amma illərdən sonra ruhumda Vətən haqqında əbədi bir nağıl, füsunkar bir nəğmə
dalğası tapdım... Və mən böyüdüm, saçlarıma dən düşdü. İndi mən bir
Şəhid bacısı olaraq Vətənimi, torpağımı, sərhədlərimdən içəridə olan nə
varsa, daha böyük yanğı ilə, daha qızğın məhəbbətlə sevirəm... Bu bizim
vətənimizdir, qardaşlarımızın qanı ilə yoğrulan, uğrunda canları fəda
getdikləri Vətən torpağı...
Gözləyirəm, gələn yoxdu,
Gözüm yollarda qalıbdı.
Bilə-bilə soruşuram:
Qardaşım harda qalıbdı?... (Bayatı)
Nə tez gəlib keçdi ömrün illəri,
Xəzana döndərdi bahar qəlbimi.
Bu hicran ayırır bizlərdən Səni,
46
Könlüm sınıb, Səndən sonra gülmərəm,
Ayrılığın sonsuz olsa, neylərəm?. .
Sənsiz qalıb neçə ildi bu dünya,
Bu dünyadan kimlər gedə, kim qala?
Gül-çiçəyin həm sarala, həm sola,
Şəhid adlım, Sənə “öldü” demərəm!
Özün solsan, gül-çiçəyin neylərəm?. .
Hicranına ürək dözə bilməyir.
Əziz adın bu dilimdən düşməyir.
Gəlişinə heç gümanım gəlməyir.
Xatirəni ürəyimdən silmərəm,
Gəlməz olsan, bu dünyanı neylərəm?. .
Həsrət qalıb görməsəm də üzünü,
İtirmərəm dəyanəti, dözümü.
Göz yaşıyla söndürərəm közümü,
Ömur boyu sənin üçün ağlaram,
Bu dünyanı Səndən sonra neylərəm?. .
Qəlbim küsər Sənsizləşən dünyadan,
Necə çəkim gözlərimi yolundan ?
Adın gəlir Şəhidlik ünvanından,
Bu dünyadan vaxtsız köçən Şıxəlim
Sənsiz qalan bu dünyanı neyləyim?. .
Yaxın tariximizin acı Qarabağ müharibəsinin qəhrəmanlarından biri
Manafov Şıxəli Manaf oğlu 1970-ci il dekabr ayının 23-də Armudlu kəndində doğulub. İlk təhsilini bir zamanlar ilk və yeganə şəhidi olacaq
Armudlu kənd ibtidai məktəbində alır. Daha sonra Qaşqaçay kənd orta
məktəbində təhslini davam etdirir. Məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına hərbi xidmətə gedir. Xidməti başa vurduqdan sonra yenidən
doğma kəndinə-Armudluya qayıdır.
Qarabağda baş verən hadisələr Şıxəlini də çox narahat edirdi. Hər gün
cəbhədən gələn məğlubiyyət xəbərləri onu sarsıdırdı. Qarabağda baş
verən ədalətsizliyə heç cür dözə bilmirdi Şıxəli. Məkanca uzaq olan dəhşətli müharibənin ab-havası bütün evi bürümüş, ailənin hər bir üzvünə
sirayət etmişdir. 1992-ci ilin ilk könüllülərindən oldu Şıxəli. Və günlərin
birində evdə müharibəyə getmək qərarına gəldiyini bildirdi. Təbiətən mü-
47
layim, ailədə hamı ilə deyib-gülən, dil tapan mehriban balasının səsindəki
qətiyyəti hiss edincə ata susdu, cavab verə bilmədi. Beləcə həmin gündən
ailənin iztirablı, amma çox şərəfli günləri başladı.
Cəbhədən hər dönüşü evdə toy-bayrama çevrilirdi. Amma yenə cəbhə
Şıxəlini geri çağırırdı. Günlərin birində - 1993-cü ilin yanvar ayının 15-də
Ağdərədə Sərsəng su anbarının ələ keçirilməsi və yaxınlıqdakı kəndlərin
düşməndən təmizlənməsi uğrunda gedən ağır döyüşlərdə Şıxəli snayper
gülləsinə tuş gələrək Vətən uğrunda Şəhadətə ucalır. Şıxəlinin dəfnində
iştirak edən döyüş yoldaşları sıralarından Şıxəli kimi cəsarətli, qorxmaz,
fədakar və sonsuz vətənpərvərlik hissi ilə alışıb-yanan bir döyüşçünün
Şəhid olmasına onun valideynləri, doğmaları qədər üzüldüklərini bildirdilər.
Vətən hər birimizin düşüncələrində eyni...
Vətən Şəhidlərin düşüncələrində isə tam fərli.
Biz varkən, biz olurkən bu düşüncələr bitməz!
Çünki Şəhidlər bizimlə deyil, biz Şəhidlərlə yaşarıq!
Şıxəli adlı dərdimizi, yaramızı, niskilimizi torpağa tapşırdıqdan nə az,
nə çox- düz 30 il sonra Azərbaycan Milli Ordusunu ilk rüşeymləri, kökləri
olan “Babək 44” taborunun qəhrəman döyüşçüləri Şıxəli haqqında xatirələrini bölüşürlər. Müharibənin ən kritik dövrü olan 1993-cü ildə Babək-44
taborunda döyüşlərə qatılıb. Onun necə qorxmaz, nikbin və mehriban və
vətənpərvər bir döyüşçü olduğunu söyləyəndə illərlə qəlbimdə göynəyən
acıları qürur və fəxarət hissi üstələyir.Döyüş yoldaşlarının xatirələrindən-“
Babək-44 taboru Ağdərənin Madagiz kəndi uğrunda bir neçə gün agır döyüşlər apardı. Həmin döyüşlərdə Şıxəli cəsarəti, qəhrəmanlığı ilə seçildi.
Səhər Şıxəli Manaf